Dünya
İrandan Səudiyyə Ərəbistanına nota: Bu məsələ iki ölkə arasında böhran yaratdı
Səudiyyə Ərəbistanının 6 İran vətəndaşının narkotik alverinə görə edam edildiyini açıqlamasından sonra Ər-Riyad-Tehran xəttində yeni böhran yaranıb.
Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi 6 İran vətəndaşının əvvəllər ölkəyə qaçaqmalçılıq yolu ilə marixuana gətirdiyinə görə edam cəzasına məhkum edildiyini açıqlayıb.
Edamların nə vaxt həyata keçirildiyi barədə isə məlumat verilməyib.
İran Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Tehrandakı səfiri Abdullah bin Səud Əl-Ənzini edamlara qəti etiraz etmək üçün nazirliyə çağırıb.
İran Xarici İşlər Nazirliyinin Konsulluq İşləri İdarəsinin baş direktoru Kərimi Şasati Əl-Ənzini ilə görüşündə məsələyə aydınlıq gətirib:
“Səfirliyə əvvəlcədən xəbərdarlıq edilmədən ölüm hökmlərinin icrası qəbuledilməzdir və bu, Konsulluq Münasibətləri Konvensiyası da daxil olmaqla beynəlxalq hüququn normalarını pozur”.
Görüşdə Əl-Ənziyə “İranın etiraz notası” çatdırılıb və Səudiyyə Ərəbistanından bu məsələ ilə bağlı lazımi açıqlama verməsi istənilib.
Roza
-
Dünya13:18Minlərlə hesab bağlanır: Sosial media haqqında qanun layihəsi təsdiqləndi
-
Yaxın Şərq13:00Rusiya qoşunlarını Qamışlıdan çıxarır - Gözlənilməz addım
-
Dünya11:50Zəlzələ ilə bağlı qorxulu xəbərdarlıq: Bu bölgələr yüksək risk altındadır
-
Nida Xəbər 11:37Əli Əsədov sərəncam imzaladı
-
Nida Xəbər 11:27Bank kartlarına qanunsuz müdaxilələr - DİN və Mərkəzi Bank razılığa gəldi
-
İdman11:15“Real”ın yeni baş məşqçisinin ilham pərisi - FOTOLAR
-
İqtisadi gündəm10:39İki BOKT-un vəzifəli şəxsi cərimələndi
-
Dünya10:12Barrotun Ankaraya qaçaraq səfəri: Fransa nəyə ümid edir?















.jpg)


.jpg)














