Keçmiş nazirin əmlakı müsadirə olunur: 28 milyard...
Bizi izləyin

Dünya

Keçmiş nazirin əmlakı müsadirə olunur: 28 milyard...

Məhkəmə icraçıları Rusiyanın Açıq Hökumət üzrə keçmiş naziri Mixail Abızovun əmlakının dövlətin xeyrinə müsadirə edilməsi proseduruna başlayıb.

Publika.az xəbər verir ki, bu barədə TASS müvafiq sənədlərə istinadən xəbər verir.

Məhkəmə icraçıları keçmiş nazirin 23,5 milyard rubl məbləğində əmlakını və maliyyə aktivlərini müsadirə edəcəklər.

Ümumilikdə, hazırda Abızova qarşı yeddi icra işi açılıb - bütün cərimələr və zərərin ödənilməsi ilə bağlı öhdəliklər nəzərə alınmaqla, korrupsionerin borcu təxminən 28 milyard rubl (təxminən 4,3 milyon AZN) təşkil edir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm