İranın paytaxtı köçürülür
Bizi izləyin

Dünya

İranın paytaxtı köçürülür

İranın paytaxtı ölkənin cənubuna köçürülür.

Publika.az xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatma Mühacərani açıqlama verib.

O, yeni paytaxtın cənubda Məkran bölgəsində olacağını bildirib:

“Paytaxtın dəyişdirilməsi yeni məsələ deyil. Müxtəlif hökumətlər dövründə paytaxtın dəyişdirilməsi üçün səylər göstərildi. Tehran sürətlə artan əhalisi və ekoloji problemlər səbəbindən əsas infrastruktur xidmətlərindən məhrum olmağa başlayıb”.

Mühacərani paytaxt dəyişikliyi ilə bağlı iki ayrı nümayəndə heyətinin təşkil edildiyini qeyd edib:

“Bizim nümayəndə heyətlərimizdən biri Tehranda mövcud problemlərin həllinə diqqət yetirir. Digəri isə dəniz ticarəti ilə məşğuldur. Bu çərçivədə Məkran strateji mövqedə olan bir yerdir. Biz bu məsələdə bütün aparıcı akademiklərdən, sosioloqlardan, mühəndislərdən, öz sahələri üzrə ekspertlərdən kömək və əməkdaşlıq istəyirik”.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm