İran italiyalı jurnalisti azad etdi
Bizi izləyin

Dünya

İran italiyalı jurnalisti azad etdi

İranda həbs olunmuş italiyalı jurnalist Sesiliya Sala azad edilib və İtaliyaya göndərilib.

Publika.az xəbər verir ki, İtaliya Nazirlər Şurası bunun diplomatik və kəşfiyyat kanalları vasitəsilə aparılan gərgin iş sayəsində baş verdiyini açıqlayıb.

Məlumata görə, jurnalistin olduğu təyyarə artıq Tehrandan havaya qalxıb.

Baş nazir Ciorcia Meloni jurnalistin geri qaytarılmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib. O, Sesiliyanın valideynləri ilə telefon danışığı aparıb.

İtaliya Prezidenti Sercio Mattarella isə Sesiliya Salanın vətənə qayıtması münasibətilə Baş nazir Ciorcia Meloniyə təbrikini çatdırıb və jurnalistin valideynlərinə zəng edib.

Xatırladaq ki, Sesiliya Sala dekabrın 19-da İranda həbs olunmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm