Dünya
Türkiyə XİN-dən Suriyadakı atəşkəslə bağlı bəyanat
Türkiyə Xarici İşlər Nazirliyi Suriyada əldə edilən atəşkəslə bağlı bəyanat yayıb.
Publika.az xəbər verir ki, bəyanatda deyilir:
"Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa tərəfindən bu gün (18 yanvar) elan edilən atəşkəs və tam inteqrasiya sazişinin Suriyanın ərazi bütövlüyü və birliyi əsasında ölkədə sabitlik və təhlükəsizliyin bərqərar olması səylərini sürətlə və effektiv şəkildə irəli aparmasını arzulayırıq.
Hesab edirik ki, razılaşma Suriya xalqının, eləcə də bütün regionun, xüsusən də Suriyanın qonşularının təhlükəsizliyinə və sülhünə töhfə verəcək. Suriyada 8 dekabr 2024-cü ildə başlayan və ölkənin firavan gələcəyə çatması üçün müstəsna fürsət təşkil edən yeni dövr hazırda kritik mərhələdədir.
Ümid edirik ki, Suriyadakı bütün qruplar və fərdlər ölkənin gələcəyinin terrorizm və bölünmədə deyil, birlik, həmrəylik və inteqrasiyada olduğunu tam şəkildə anlayacaqlar. Türkiyə, xalqın razılığına əsaslanan inklüziv və birləşdirici yanaşma ilə həyata keçirilən Suriya hökumətinin terrorizmə qarşı mübarizə səylərini və yenidənqurma təşəbbüslərini dəstəkləməyə davam edəcək".
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...


































