Dünya
ABŞ bütün xarici yardımları buna görə dayandırır - Səbəbi açıqlandı
ABŞ Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən bütün xarici yardımlar dayandırılacaq.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, ödənişlər yardım proqramlarının effektivliyini və ABŞ-ın xarici siyasətinə uyğunluğunu qiymətləndirmək məqsədilə dayandırılır.
Həmçinin yardımın nəzərdən keçirilməsi və tənzimlənməsinin "mənəvi öhdəlik" olduğu və xərclərin Amerika xalqına fayda verməsi vurğulanıb.
Xatırladaq ki, daha əvvəl USAID Ukraynaya yardımla bağlı bütün layihələri dayandırmaq qərarına gəlib. Dondurulmuş layihələr arasında sağlamlıq proqramları, uşaq peyvəndləri, eləcə də məktəbə dəstək proqramları var.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp vəzifəyə başladıqdan dərhal sonra yanvarın 21-də xarici yardım haqqında sərəncam imzalayıb. Sərəncamda ABŞ-ın xarici inkişafa yardım proqramlarına cavabdeh olan bütün nazirlik və qurumların ödənişləri azaldacağı və proqramın ABŞ-ın xarici siyasətinə uyğunluğunun qiymətləndirilməsi üçün 90 günlük yoxlama müddətinin başlandığı qeyd edilib.
Roza
-
Dünya03:18
Nazirlərin yarıdan çoxu dəyişdiriləcək - Vuçiç açıqladı
-
Qoroskop00:15
Günün qoroskopu: enerjiniz yüksək olacaq
-
Magazin127 Yanvar 22:10
Üzeyir "od püskürdü": Axırıncı dəfə olsun! - VİDEO
-
Dünya27 Yanvar 21:12
Türkiyədə daha bir hoteldə YANĞIN: 13 işçi xilas olundu - VİDEO/YENİLƏNDİ
-
Kriminal27 Yanvar 21:00
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirildi - FOTOLAR
-
Tabloid.az27 Yanvar 20:55
Bill Qeyts boşanmağın həyatının ən böyük səhvi olduğunu etiraf etdi: "Bədbəxtlik gətirdi"
-
Hadisə27 Yanvar 20:15
"Azneft" dairəsində avtomobil YANDI: tıxac yarandı - FOTO/VİDEO
-
Kriminal27 Yanvar 19:30
Bakıdan Dubaya uçmaq istəyərkən saxlanıldı - Rusiya onu axtarırdı