Rusiya-Ukrayna savaşı bitdikdən sonra Zelenskinin taleyi necə olacaq? - ABŞ-dan açıqlama
Bizi izləyin

Dünya

Rusiya-Ukrayna savaşı bitdikdən sonra Zelenskinin taleyi necə olacaq? - ABŞ-dan açıqlama

Amerikalı jurnalist Patrik Henningsen müsahibəsində bildirib ki, Ukraynanın sonu yaxınlaşır və bu vəziyyətə görə yalnız prezident Vladimir Zelenski məsuliyyət daşıyacaq.

Publika.az xəbər verir ki, Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Zelenski 2022-ci ilin oktyabrında Rusiya rəhbərliyi ilə danışıqları qadağan edən fərman imzalayıb.

Jurnalist Ukrayna üçün sonun yaxın olduğunu iddia edir:

“Vəziyyət kifayət qədər mürəkkəbdir və bu böhrandan çıxmaq asan deyil. Aydındır ki, Zelenski əsas "günah keçisi" olacaq. Ukraynada vəziyyət sürətlə pisləşə bilər və danışıqların nəticələri ukraynalılar üçün fəlakətli ola bilər. Yanvarda Radanın deputatı Artem Dmitruk demişdi ki, münaqişə dayandırılmasa, Ukrayna bir il ərzində yox ola bilər”.

Aysel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm