Sosial
Ölkə ərazisində meşəbərpa tədbirləri davam edir - FOTO
Ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri bu gün Yevlax və Ağdaş rayonlarının meşə fondu torpaqlarında keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Yevlax Rayon İcra Hakimiyyətinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə Yevlax rayonunun Cırdaxan meşəbəyliyinin əvvəllər zərərverici və xəstəliklərə yoluxaraq qurumuş ərazisində Şərq çinarı və Eldar şamı ağacları əkilib.
Publika.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.
O qeyd edib ki, ağacəkmə aksiyası daha sonra Ağdaş rayonunun meşə fondu torpağında keçirilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ağdaş Rayon İcra Hakimiyyətinin rəsmilərinin, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşlarının iştirakı ilə ərazidə Şərq çinarı ağacları əkilib. Gün ərzində Yevlax və Ağdaş rayonlarının meşə fondu torpaqlarında ümumilikdə 3500-dən çox ağac əkilib.
“Ölkə ərazisinin meşə fondu torpaqlarında növbəti günlərdə də meşəbərpa tədbirləri davam edəcək”.
-
Cənubi Qafqaz14:35
Paşinyandan Naxçıvanla bağlı təklif: bu rayonlardan keçməklə...
-
Sosial14:14
Ana olacaq tələbələrə bu qədər pul veriləcək: Məqsəd nədir?
-
Hadisə13:50
Ağcabədidə uşağın evə gətirdiyi qumbara partladı: 5 nəfər öldü - YENİLƏNDİ
-
Region13:50
Ermənilər saydığını saysın, gör iqtisadi göstəricilər nə deyir: Moskva DETALLARI AÇDI
-
İdman13:14
Ronaldonun Corcinası yenə gündəm oldu: BU FOTOLARLA
-
Dünya12:32
Fransanın Türkiyə ilə bağlı qərarı Yunanıstanı narahat etdi - Səfiri çağırdılar
-
Sosial11:36
Bu şəxslər işdən çıxarıla bilməz, işə gəlməsələr də maaşları hesablanmalıdır - QAYDA
-
ABŞ11:00
Tramp Putinlə bağlı bu suala cavab verməkdən İMTİNA ETDİ