Nəqliyyat
Bakıda inşa ediləcək yeni metro stansiyalarının SAYI AÇIQLANDI
Bakı metrosunun inkişafı çərçivəsində gələcəkdə 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi planlaşdırılır.
Publika.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.
"Bu layihələr həm sərnişin axınının rahatlığını təmin edəcək, həm də şəhərin davamlı mobillik strategiyasına töhfə verəcəkdir", - proqramda qeyd olunub.
Bildirilir ki, xarici təchizatçı ilə 65 vaqonun tədarükü üzrə müqavilə imzalanıb, 2024-cü ildə 35 vaqon ölkəyə gətirilərək sərnişinlərin istifadəsinə
verilib. Artan sərnişin tələbi nəzərə alınaraq, bu ildən etibarən 2030-cu ilədək 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır.
2025-2030-cü illər ərzində İstismar müddətini başa vurmuş (hərəkət tərkiblərinin) vaqonların yenilənməsi və 299 ədəd yeni vaqonun alınması planlaşdırılır.
“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən, metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və
119,1 km uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur.
-
Qarabağ 10:55Azərbaycan WUF13-də işğaldan azad edilmiş ərazilərdə bərpa təcrübəsini dünyaya təqdim edir
-
Nida Xəbər 10:23WUF13-də Bakının adı ilə bağlı mükafat təsis edildi
-
Nida Xəbər 10:11Zimbabvenin vitse-prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 09:54BMT rəsmisi: "Dünya Şəhərsalma Forumu qlobal gündəlikdir"
-
İqtisadi gündəm09:50Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başladı
-
Səhiyyə07:47Xəstə dişlərin ürəyə və beyinə ciddi təsiri aşkar edildi
-
Magazin106:16Azərbaycan 12 xalı bu ölkəyə verdi
-
Magazin103:43Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
































.jpg)



