Tramp bu iki ölkənin qarşısına şərt qoydu: "Biz etdik, onlar da edəcək"
Bizi izləyin

ABŞ

Tramp bu iki ölkənin qarşısına şərt qoydu: "Biz etdik, onlar da edəcək"

ABŞ prezidenti Donald Tramp əvvəlki açıqlamalarını təkrarlayaraq bildirib ki, Misir və İordaniya fələstinliləri qəbul etməlidir.

Publika.az xəbər verir ki, Tramp Ağ Evdə imzalanma mərasimindən sonra mətbuat mənsublarının aktual məsələlərlə bağlı suallarını cavablandırıb.

O, Misir və İordaniyanın qəzzalıları ölkələrinə buraxmayacaqları ilə bağlı açıqlamalarını xatırladıb:

“Onlar bunu edəcəklər. Biz onlar üçün çox şey etdik, onlar da bunu edəcəklər”.

Mövzu ilə bağlı əvvəlki açıqlamalarında Tramp Qəzzada ciddi dağıntıların olduğunu və fələstinlilərin Misir və İordaniyaya yerləşdirilə biləcəyini irəli sürmüşdü.

Aysel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm