Dünya
30 milyon insan üçün fəlakət yaxınlaşır: qarşısı alınmasa...
Afrikanın ən mühüm su ehtiyatlarından biri hesab edilən Çad gölü iqlim dəyişikliyinin təsiri ilə gündən-günə quruyur.
Publika.az xəbər verir ki, gölün ətrafında yaşayan 30 milyon insan üçün fəlakət yaxınlaşır.
1963-cü ildə 26 min kvadrat kilometr olan Çad gölünün səthi 2001-ci ilə qədər 1500 kvadrat kilometrdən az olub. Bununla belə, bölgədəki əhalinin sayı durmadan artır.
ABŞ Aeronavtika və Kosmik Agentliyinin (NASA) 2017-ci ildə paylaşdığı elmi araşdırma da Çad gölünün 1973-cü ildəki vəziyyətinə nisbətən 10 dəfə kiçildiyini ortaya qoyur.
Nigeriyanın şimal-şərqini, Kamerunun ucqar şimalını, Niger və Çadın bəzi hissələrini əhatə edən Çad gölü hövzəsi Afrika qitəsinin 8 faizini əhatə edir. Bura dünyanın 6-cı ən böyük gölü hesab olunur. Çad gölü ətrafında yaşayanlar həm qlobal istiləşmənin qurbanı olurlar, həm də göl ətrafında terror təşkilatlarının təhlükəsi altında yaşayırlar. Bu vəziyyət regionda mövcud humanitar böhranı daha da dərinləşdirir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən “dünyanın ən mühüm kənd təsərrüfatı irsi ərazilərindən” biri hesab edilən Çad gölü hövzəsindəki münaqişələr səbəbindən 5,3 milyon insan didərgin düşüb.
Aysel Şahmar
-
Region13:20
İrəvan metrosunda insident: Ermənistanı qorxuya salan 5 nəfər əcnəbi sərhəddə saxlanıldı
-
Nida Xəbər 12:59
Milli Məclisdə skandal: Spiker deputata irad bildirdi
-
Dünya12:08
Suriya Türkiyədən kömək istədi: Ərdoğan 50 ədəd "F-16" göndərir
-
Hadisə11:32
DTX və DİN 8 nəfəri belə məhv etdi - VİDEO
-
ABŞ11:00
Bu təşkilat dəli radikallar tərəfindən idarə olunurdu - Trampdan sensasion iddia
-
MDB10:48
İngiltərəli muzdlu Ukrayna müharibəsində öldürüldü: Cəmisi 18 yaşı vardı
-
İdman09:24
Putini o əvəz edəcək: ABŞ-da şok iddia - FOTO
-
Region09:12
Dəhşətli qəza: Avtomobillər körpüdən aşdı, xeyli ölən və yaralanan var - VİDEO