Hadisə
DTX və DİN 8 nəfəri belə məhv etdi - VİDEO
Xəbər verdiyimiz kimi, DTX və DİN ölkəmizdə radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin qarşısını almaq məqsədilə birgə kompleks tədbirlər həyata keçirib.
Publika.az xəbər verir ki, əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri - Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.
Əməliyyat nəticəsində 8 nəfər - Əlipaşa Kamilov, Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar gizlənən qanunsuz silahlı birləşmənin üzvləri Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev, həmçinin Nazim Zəkiyev, Kamran Kərimxanov və Rövşən Laçınov məhv ediliblər.
Terrorçuların məhv edilməsi ilə bağlı əməliyyat çəkilişini təqdim edirik:
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO
-
Səhiyyə05:15Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
İdman23 İyun 22:12Ronaldo dünya çempionatları REKORDUNU QIRDI







































