Region
İrəvan metrosunda insident: Ermənistanı qorxuya salan 5 nəfər əcnəbi sərhəddə saxlanıldı
Ermənistanda metroda xuliqanlıq edənlər sərhədi keçərkən yaxalanıb. Onlar əcnəbi olub.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Polis İdarəsi məlumat yayıb.
“Fevralın 1-də saat 21:32-də Metropolitenin “Sasuntsi Davit” və “Respublika Meydanı” stansiyaları arasındakı açıq sahədə maskalı şəxslərin qatar vaqonlarına boya çiləmələri barədə Polisin Əməliyyat İdarəetmə Mərkəzinə məlumat daxil olub. Bir neçə dəqiqədən sonra həmin şəxslərin qatara daş ataraq onun hərəkətinə mane olması ilə bağlı növbəti həyəcan siqnalı daxil olub.
Bildirilir ki, cinayəti törədən əcnəbilərin şəxsiyyəti məlum olub.
Əməliyyat məlumatı əsasında hərəkətə keçən polis Baqrataşen sərhəd-keçid məntəqəsini keçməyə cəhd edən 5 əcnəbini xuliqanlıqda şübhəli bilərək həbs edib.
“Həbs edilən şəxslər və tərtib olunmuş sənədlər Erebuni və Nubaraşen inzibati rayonlarının istintaq şöbələrinə təqdim edilib”, - deyə məlumatda qeyd olunur.
Adəm
-
Elm və təhsil12:56Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil"
-
Digər12:20Hindistanda An-32 hərbi təyyarəsi qəzaya uğradı - SSRİ istehsalı imiş
-
MDB11:23Məşhur rus alim Ermənistanın hava limanında saxlanıldı
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı
-
Maraq dünyası10:187 il xərçəngdən müalicə alan kişi sən demə xəstə deyilmiş - VİDEO
-
İdman10:00Dünya çempionatında qalmaqal: - İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı
-
ABŞ08:30Pentaqon UNO materiallarını yayımladı - Üçüncü dəfə
-
Elm və təhsil08:15"Son zəng" çalınır







































