Dünya
185 min dollara domen aldılar
ICANN (Internet Corporation for Assigned Names and Numbers - internetdə domen adların və zonaların verilməsini həyata keçirən beynəlxalq təşkilat) istifadə olunan internet zonaların sayının artırılması üzrə proqram çərçivəsində yüksək səviyyəli yeni domen adlar üçün verilən ərizələrin siyahısını dərc edib.
Publika.Az-ın verdiyi məlumata görə, təklif olunan 1930 domendən
ibarət siyahı təşkilatın saytında dərc edilib.
Yeni domeni qeydiyyatdan keçirmək üçün ərizəni 185 min dollar
ödəmək iqtidarında olan istənilən şirkət və ya təşkilat verə
bilərdi. 500-dən çox şirkət öz zonasını qeydiyyatdan keçirmək
qərarına gəlib.
Domen üçün ərizə verən şirkətlər arasında Google (.google, .android
və .lol daxil olmaqla 100 təklif), Apple (.apple), Microsoft
(.microsoft, .bing və.s), Canon (.canon), Gucci (.gucci) yer alıb.
Domenlər təkcə latın qrafikası ilə deyil, həm də kiril, çin, yapon,
ərəb hərfləri ilə yazıla bilər.
Ərizələrin qəbulu 2012-ci ilin yanvar ayının 12-dən mayın 3-dək
həyata keçirilib. Təkliflərə baxılma müddəti 9 aydan 12 ayadək çəkə
bilər.
Kifayət
Publika.Az
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ