Putin diktaturası özünü göstərir
Bizi izləyin

Dünya

Putin diktaturası özünü göstərir

Publika.Az-ın məlumatına görə, Rusiya Dövlət Duması bundan sonra icazəsiz aksiyaların keçirilməsinə qadağa qoyub.

Parlamentin qəbul etdiyi qanuna görə, aksiyalar zamanı iğtişaş yaratmaq istəyənlər 18 min dollar cərimə olunacaq.

Bundan başqa, ictimai həyata zərər verən və şəhər nəqliyyatının hərəkətinə mane olan icazəsiz aksiyalar qadağan olunur.

Dumada 241 səslə qəbul olunan qanun layihəsinin keçməsi üçün Rusiya Federasiya Şurası və prezident Vladimir Putin tərəfindən təsdiqlənməsi lazımdır.

Kremlin İnsan Haqları Şurasının sədri Mixail Fedotov qanun layihəsi ilə bağlı verdiyi açıqlamada prezidentdən həmin qanunu qəbul etməməsini istəyəcəklərini deyib.

Ancaq Putin Fedotovun fikirlərini mətbuat vasitəsilə deyil, birbaşa özünə çatdırmasını tələb edib.

Prezidentin mətbuat katibi Dmitri Peskov da Putinin qanun layihəsi ilə bağlı bütün fikirləri nəzərdən keçirəcəklərini deyib.

Layihə bu gün Federasiya Şurasında müzakirə olunacaq.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm