Dünya
Politoloq: “Putin “səkkizlər”ə ona görə qoşulmadı ki...”
“NATO Rumıniya və Polşada hava hücumlarından müdafiə sistemi quraşdırmaq istəyir, Rusiya hər vəchlə buna mane olmağa çalışır”. Publika.Az-a açıqlamasında politoloq Elxan Mehdiyev Rusiya prezidenti Vladimir Putinin “Böyük səkkizlər”in görüşünə və NATO-nun sammitinə qatılmamasına münasibət bildirərkən belə deyib.
Elxan Mehdiyevin qənaətinə görə, NATO müdafiə sistemlərinin İrana qarşı yönəldiyini bildirsə də, Rusiya bu iddialara etinasız yanaşır: “Bu məsələ uzun illərdir ABŞ-la Rusiya arasında çəkişmə mövzusudur. Hələ Corc Buşun ABŞ-a rəhbərlik etdiyi dövrdən məsələ ciddi müzakirə olunur və Rusiyanın təpkisi üzündən hələ də həllini tapa bilmir.
NATO-nun növbəti sammitində yenidən bu məsələ müzakirə olunduğundan Vladimir Putin tədbirə qatılmağa həvəs göstərmədi”.
Vladimir Putinin “Böyük səkkizlər”in görüşünə qatılmamasını daha çox psixoloji amillərlə bağlayan ekspert hesab edir: “Dünya iki cəbhəyə bölünüb: Bir tərəfdə xalqının səsini alaraq, hakimiyyətə gələn demokratik dövlət başçıları, digər tərəfdə isə zor gücünə hakimiyyəti qəsb edən diktatorlar... Onların da arasında ciddi rəqabət var.
“Böyük səkkizlər”in tərkibində əsasən demokratik ölkələr təmsil olunduğundan, Rusiya hakimiyyəti bu tədbirə qısqanclıqla yanaşır. Hesab edirəm ki, Putinin “Böyük səkkizlər”in tədbirinə qatılmaması daha çox psixoloji amillərlə bağlıdır”.
Azər Niftiyev
Publika.Az
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər