Dünya
ABŞ Çini hədələdi: Qiisas almağa davam etsələr...
Ağ Evin sözçüsü Karolin Leavitt cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.
Publika.az xəbər verir ki, Çinlə artan ticarət müharibəsinə toxunan Leavitt ABŞ prezidenti Donald Trampın Pekinlə ticarət razılaşmasına nikbin baxdığını bildirib.
O, Çini təhdid edib: "Əgər Çin qisas almağa davam edərsə, bu, onlar üçün yaxşı olmayacaq".
O, həmçinin İranla nüvə gərginliyinə də toxunub: “Donald Tramp İranın nüvə proqramından əl çəkmədikləri təqdirdə cəhənnəmə gedəcəklərini bilməsini istəyir”.
Leavitt Trampın son məqsədinin İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etmək olduğunu və diplomatik səylər uğursuz olarsa, bütün variantların masada olduğunu vurğulayıb.
"O, iranlılara və milli təhlükəsizlik komandasına açıq şəkildə bildirdi ki, bütün variantlar aydındır və İran seçim etməlidir. Ya Trampın tələblərini qəbul etməlisiniz, ya da bunun əvəzi ağır olacaq. Prezident də bunu düşünür. Bu barədə çox güclü hissləri var", - deyə o qeyd edib.
Sözçü son olaraq Trampın Yaxın Şərq səfərinə Türkiyənin də daxil olub-olmadığı sualına aydınlıq gətirib:
"Prezidentin xaricə səfəri ilə bağlı Səudiyyə Ərəbistanına gedəcəyini və səfərdə başqa ölkələrin də ola biləcəyini söyləməkdən başqa heç bir təfərrüat bilmirəm. Detallar üzərində işləyirik. Bu səfərin məzmununu ən qısa zamanda paylaşacağıq".
Roza
-
MDB16:05Lavrov Berlinə cavab: "Bu, əsl müharibənin başlanğıcıdıe!"
-
Maraq dünyası15:56Rusiya prezidentinin qarşısına pələng çıxdı - ŞOK KADRLAR
-
MDB15:27Kremldən Paşinyanın çıxışına reaksiya: Suverenliyini göstərmək istəyir!
-
Ekologiya13:03Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
MDB10:50Qazaxıstanda abidələrə qarşı vandalizm - Cəzalar sərtləşdirilib
-
Avropa10:34Britaniya şokda: Mühüm məmurların şəxsi məlumatları internetə sızdırıldı
-
İdman10:25Günün oyunları - AFİŞA
-
İdman09:10Maaşsız oynamağa hazır olsa da, ərəblər buraxmır



























.png)




