“Sarkozinin aqibəti pis olacaq“ - RƏY
Bizi izləyin

Dünya

“Sarkozinin aqibəti pis olacaq“ - RƏY

"Nikola Sarkozini hakimiyyətə gətirən diktator ərəb liderləri olmuşdu. Nə vaxt ki, onların başının üzərini qara buludlar aldı, o zaman Sarkozi hakimiyyətdən getmək məcburiyyətində qaldı". Nikola Sarkozinin məhkəmə sorğusuna çəkiləcəyinə dair yayılan məlumatlara aydınlıq gətirən politoloq Rasim Ağayev Publika.Az-a açıqlamasında belə deyib.

Fransa prezidenti Nikola Sarkozi rəsmən vəzifədən getdikdən sonra rüşvətxorluq, qeyri-qanuni maliyyələşdirməylə bağlı məhkəmə sorğusuna çəkilə biləcəyi haqda informasiyalar yayılır.

Politoloq Rasim Ağayevin qənaətinə görə, Sarkozinin məğlubiyyətinin kökündə "ərəb dostları"nı itirməsi dayanır: "Nikola Sarkozi "ərəb baharı" başlayanda anladı ki, onun əməlləri faş olacaq. Buna görə həm Liviyada, həm də digər ərəb ölkələrində gedən inqilabi proseslərə dəstək verməyə başladı. O həm də bu yolla özünü dünyada azadlıqların müdafiəçisi rolunda göstərməyə çalışırdı.

Lakin Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyfülislamın Sarkozinin əməllərini ifşa etməsi onu siyasi baxımdan bitirdi. Liviya "şahzadəsi"nin Sarkozini onlardan külli miqdarda pul almaqda ittiham etməsindən sonra Fransa ictimaiyyəti birmənalı şəkildə Sarkozidən üz döndərdi.

Həm də o, Fransa daxilində də çirkin siyasi üsul-idarəetmə qurmuşdu. Hesab edirəm ki, Sarkozinin aqibəti pis olacaq. Fransada yaşanan iqtisadi böhranın bütün məsuliyyəti onun üzərinə qoyulacaq və Sarkozi qurban veriləcək. Ən yaxşı halda onu Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominik Stross Kannın taleyi gözləyir".

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm