Dünya
İŞİD-ə ağır zərbə: 70 silahlı öldürüldü
İraqda “İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı aparılan son hərbi əməliyyatlarda ciddi uğur əldə olunub.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, son 24 saatda İraqın müxtəlif bölgələrində İŞİD-in 70 üzvü öldürülüb.
İraq Müdafiə Nazirliyinin yaydığı yazılı açıqlamada qeyd olunur ki, Anbar vilayətində davam edən qarşıdurmalarda terror qruplaşmasının 26 üzvü öldürülüb. Fəllucə mahalında isə ABŞ istehsalı “Abrams” tanklarından açılan atəşlə 19 terrorçunun öldürüldüyü bildirilir.
ABŞ-ın liderlik etdiyi koalisiya gücləri dünən gecə Kərkükün cənub qərbindəki İŞİD-in mövqelərini vurub. Aviazərbələr nəticəsində 35 İŞİD üzvü ölüb, 45-i isə yaralanıb.
İŞİD Anbar vilayətinin bəzi bölgələrində İraq ordusu ilə qarşıdurmaların fotoşəkillərini yayıb. Şəkillərdə çoxlu sayda İraq əsgərinin öldürüldüyü, böyük miqdarda silah və hərbi texnikanın ələ keçirildiyi görünür.
Ömər Dağlı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq