Dünya
İŞİD-in azərbaycanlı döyüşçüsü ölümdən döndü - VİDEO
İŞİD-in azərbaycanlı döyüşçüsü Bəşər Əsəd ordusunun yağdırdığı bombardmandan sağ qurtulmağı bacarıb.
Publika.az xəbər verir ki, İŞİD-in əlində olan
Rakka şəhərinin Cundullah qəsəbəsinin əmiri Davud əl-Azəri bombanın
düşdüyü bölgədə parçalanan avtomobilin içindən sağ çıxa bilib.
Bombardman nəticəsində bir çox insan ölüb. Əl-Azərinin bundan əvvəl
iki dəfə ölümdən döndüyü deyilir.
İŞİD bu hadisəni Allahın “İslam dövləti”nə yardımı kimi təbliğ
edirlər. Davud Əl-Azərinin necə sağ çıxdığını göstərən
videogörüntülər də yayılıb.
Qeyd edək ki, Davud Əl-Azərinin bir müddət öncə videoçağırışı
yayılmışdı. Əl-Azəri o vaxt dəqiq adını açıqlamasa da, tankın
üzərində oturaraq müsəlmanlara çağırış edir: “Allah bu iki tankı
bizə hədiyyə etdi. Bu yaxınlarda bu tanklarla iki kəndi almışıq.
Burda qardaşlara ehtiyac var. Gəlin cihad edin, burda Allahın
rəhməti var, Allah bütün nemətləri bizə verib. Allahın rəsulu necə
hicrət etdisə, siz də hicrət edin. Kafirlərin içində oturmayın.
Küfrdən, şirk əhlindən uzaqlaşın. Aldığımız yerlər boşdur,
qardaşlara ehtiyac var. Təkcə savaşmaq deyil. Hansısa qardaş yemək
bişirə bilər, hansısa qardaş elektrik işini bilər, hansısa qardaş
tank sürə bilər. Silahları təmizləyər. Qardaşlar hicrətdə bərəkət
var. Bu gözəl Şam torpaqlarına hicrət edin. Siz hicrət edin, Allah
bütün qapıları açacaq” (http://publika.az/p/27859).
Videodakı görüntü eyni şəxsə aiddir.
Asif Nərimanlı
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq