Dünya
ABŞ İrana qarşı hücumlarda iştirak edib? - Tehrana xəbərdarlıq edildi
ABŞ dövlət katibi Marko Rubio İsrailin İrana hücumundan sonra yazılı açıqlama verib.
Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, Rubio ölkəsinin hücumda iştirak etmədiyini bildirib.
"İsrail bu gecə İrana qarşı təktərəfli hərəkətə keçdi. Biz İrana qarşı hücumlarda iştirak etmirik və əsas prioritetimiz bölgədəki Amerika qüvvələrini qorumaqdır", - o söyləyib.
Rubio İsrailin hücumdan əvvəl ABŞ-ı məlumatlandırdığını və bu addımı öz qanuni müdafiəsi üçün atdıqlarını bildirib. O, ABŞ administrasiyasının prezident Donald Trampın göstərişi ilə bölgədəki qüvvələrini qorumaq üçün bütün lazımi addımları atdığını və regional tərəfdaşları ilə təmasda olduqlarını qeyd edib.
Dövlət katibi son olaraq ABŞ-ın bölgədəki varlığını hədəf almaması ilə bağlı Tehrana xəbərdarlıq edib: “Açıq deyim: İran ABŞ-ın maraqlarını və şəxsi heyətini hədəf almamalıdır”.
Roza
-
İdman19:55“Neftçi”nin sabiq baş məşqçisi qumar oynadığını etiraf etdi
-
Rəsmi xronika19:00İlham Əliyev Ağdamda açılışda iştirak etdi - FOTO/YENİLƏNDİ
-
Cənubi Qafqaz18:55Erməni milyarder İsmayılovun restoranında 2 milyon xərcləyib...
-
Ekologiya17:40Azərbaycanda qış belə olacaq - Ən soyuq dövr...
-
Rəsmi xronika15:35Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 14:36Azərbaycandan benzin alan Ermənistan şirkəti görün kimin imiş
-
Nida Xəbər 13:58Emin Ağalarov Prezidenti belə təbrik etdi - VİDEO
-
İdman13:40Qadın idman jurnalisti izləyicilərini valeh etdi - FOTOLAR

























