Cənubi Qafqaz
Erməni milyarder İsmayılovun restoranında 2 milyon xərcləyib...
İş adamı Samvel Karapetyanın tərəfdarları Ermənistan hökumətini Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına görə sərt tənqid edirlər. Sonuncular sülh prosesinə də etirazlarını bildirirlər.
Publika.az xəbər verir ki, bu barədə “Haykakan Jamanak” yazıb. Nəşr bildirib ki, Ermənistanda hakimiyyəti ələ keçirməyə çağırış etdiyinə görə bir neçə aydır həbsdə olan rusiyalı milyarder Samvel Karapetyanın qohumları və onun ideyalarını yayan fəallar bu dəfə Azərbaycandan Ermənistana benzin tədarükü ətrafında spekulyasiyaya əl atırlar:
“Bu “tənqidlər” fonunda media və sosial platformalarda Samvel Karapetyanın 2016-cı ildə Moskvada “Safisa” ziyafət zalında oğlu Sərkis Karapetyanın dəbdəbəli toyunu təşkil etməsinin səbəbi ilə bağlı suallar yaranır. Məlumata görə, o dövrdə “Safisa” məşhur azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olub. Həmin məlumata əsasən, toyun ümumi büdcəsi təxminən 2 milyon dollar olub. Sərkis və gürcü gəlininin toyunda Alla Puqaçova, Qriqori Leps, Filip Kirkorov, Valeri Meladze, Nikolay Baskov, Dima Bilan, Timati, eləcə də Serj Sərkisyan da daxil olmaqla 500 qonaq iştirak edib.
Yəni Samvel Karapetyan və onun fikirlərini bölüşənlərin düşüncəsinə görə, azərbaycanlıya məxsus restoranda 2 milyon dollara toy təşkil etmək olar, amma dövlətlərarası münasibətləri normallaşdırmaq üçün Azərbaycandan benzin ala bilməzsən”.
(Teleqraf)
-
Sosial23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin121:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ
-
Kriminal20:24Film kimi olay: Sevgilisi ilə evlənmək istəyən ana 13 yaşlı əkiz oğullarını qətlə yetirdi
-
Sosial19:36Cavid Ağaməliyev həbs edildi


































