Rəsmi xronika
Onlar da İlham Əliyevi təbrik etdilər - YENİLƏNDİ
TÜRKSOY-un Baş katibi Sultan Raev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Baş Katibliyi adından Zati-alinizi doğum günü münasibətilə ən səmimi arzularımla təbrik edirəm.
Bu əlamətdar günün Sizin üçün sağlamlıq, xoşbəxtlik və əmin-amanlıq dolu yeni bir ilin başlanğıcı olmasını arzu edirəm.
Həyatınızı Azərbaycan xalqına və Türk Dünyasının ortaq gələcəyinə həsr etdiyiniz bu şərəfli yolda ölkənizin rifahı, sabitliyi və inkişafı naminə nümayiş etdirdiyiniz qətiyyətli və uzaqgörən liderlik təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün mühüm qürur mənbəyidir.
Azərbaycan Respublikasının Türk mədəniyyətinin qorunması, inkişaf etdirilməsi və beynəlxalq miqyasda tanıdılması istiqamətindəki ardıcıl mövqeyi, eləcə də TÜRKSOY-a göstərdiyi dəyərli dəstək xalqlarımız tərəfindən daim böyük hörmət və təqdirlə qarşılanır.
Zati-alinizin Türk dünyasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş strateji baxışı ortaq tarix, dil və mədəniyyət bağlarımızı daha da gücləndirir, dövlətlərimiz arasında qardaşlıq münasibətlərini möhkəm əsaslar üzərində gələcəyə aparır. Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, eləcə də regional və qlobal sülhə verdiyi töhfələr diqqətlə izlənilir və yüksək qiymətləndirilir.
Bu əlamətdar gün münasibətilə Zati-alinizə bir daha möhkəm cansağlığı, firavanlıq və davamlı uğurlar arzulayır, Azərbaycan Respublikasının və əziz Azərbaycan xalqının sülh, sabitlik və rifah şəraitində inkişafının davam etməsini Uca Allahdan diləyirəm.
Zati-aliləri, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, mətkubda deyilir:
"Cənab Prezident.
Zati-alinizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan xalqını qələbələrə aparan liderliyiniz ölkənizin müasir tarixində dönüş nöqtəsi təşkil edir. Nümayiş etdirdiyiniz qətiyyətli mövqe təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası üçün qürur mənbəyidir.
Zati-alinizin strateji uzaqgörənliyi və uğurlu dövlətçilik fəaliyyəti bölgəmizdə sülhün, sabitliyin və gələcəyə inamın möhkəmlənməsinə mühüm töhfələr vermişdir. Bu proses güclü dövlətçiliyin və milli birliyin eyni məqsəd ətrafında necə davamlı uğura çevrilə biləcəyini əyani şəkildə nümayiş etdirdi.
Sizin rəhbərliyinizlə Azərbaycan milli birlik, qətiyyətli iradə və güclü dövlət anlayışının parlaq nümunəsini ortada qoymuşdur. Bu mövqe türk dünyası üçün ruhlandırıcı yol xəritəsi rolunu oynayır.
Bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı və rifah, ali dövləti vəzifənizdə daha böyük uğurlar arzulayıram".
***
Moldova Respublikasının Prezidenti Maya Sandudan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, davamlı güc-qüvvət və Azərbaycan dövlətinin rəhbəri kimi ali dövləti vəzifənizdə uğurlar arzulayıram.
Moldova Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətləndirir və tərəfdaşlığımızı müəyyən edən etimad və əməkdaşlıq ruhunu dəyərləndirir. Əminəm ki, birlikdə konstruktiv dialoqumuzu dərinləşdirməyə və ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirməyə davam edəcəyik.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Publika.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Qırğız Respublikası xalqı adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizin rəhbərliyinizlə qardaş Azərbaycan Respublikası siyasi və iqtisadi inkişafda böyük uğurlara nail olmuş və beynəlxalq aləmdə xüsusi nüfuz qazanmışdır.
Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın möhkəmləndirilməsinə şəxsi töhfənizi yüksək qiymətləndirirəm.
Əminəm ki, Qırğızıstana qarşıdan gələn dövlət səfəriniz çərçivəsində biz səmərəli və effektiv danışıqlar yolu ilə Qırğızıstan-Azərbaycan münasibətlərinin bundan sonra da inkişafı üçün zəmin yaradacağıq.
Sizə möhkəm cansağlığı, ailə səadəti, uzun ömür, qardaş Azərbaycan xalqına isə davamlı sülh və tərəqqi arzulayıram".
-
Rəsmi xronika19:00İlham Əliyev Ağdamda açılışda iştirak etdi - FOTO/YENİLƏNDİ
-
Cənubi Qafqaz18:55Erməni milyarder İsmayılovun restoranında 2 milyon xərcləyib...
-
Ekologiya17:40Azərbaycanda qış belə olacaq - Ən soyuq dövr...
-
Rəsmi xronika15:35Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 14:36Azərbaycandan benzin alan Ermənistan şirkəti görün kimin imiş
-
Nida Xəbər 13:58Emin Ağalarov Prezidenti belə təbrik etdi - VİDEO
-
İdman13:40Qadın idman jurnalisti izləyicilərini valeh etdi - FOTOLAR
-
Sosial12:58İş və istirahət günlərinin yeri dəyişdiriləcək? - Nazirlikdən açıqlama







.jpg)
















