Dünya
“Avromed Company” media nümayəndələri üçün təqdimat keçirdi
“Avromed Company” MMC-nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib.
Publika.az xəbər verir ki, tədbir çərçivəsində tanınmış tədqiqatçı Fuad Axundov “İnqilabdan əvvəlki Bakının təbabəti” mövzusunda geniş və əhatəli təqdimatla çıxış edib.
Çıxış zamanı F.Axundov XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakının sürətli sənaye, demoqrafik və mədəni inkişafının səhiyyə sahəsinə təsirindən bəhs edib. Qeyd olunub ki, bu dövrdə şəhər və korporativ tibbi müəssisələrin yaranması, yeni tibbi xidmətlərin formalaşması, eləcə də görkəmli həkimlər və ictimai xadimlərdən ibarət bütöv bir nəslin yetişməsi Bakı sakinlərinin həyat tərzində ciddi dəyişikliklərə səbəb olub. Əsrlər boyu formalaşmış vərdiş və stereotiplər tədricən aradan qalxaraq tibbi mədəniyyətin yeni mərhələyə qədəm qoymasına yol açıb.
Tədbir çərçivəsində cənab Axundov mövzunu Bakı tibbi tarixinin ən parlaq simaları prizmasından təqdim edib, media nümayəndələrinə tibbin qədim tarixinə dair maraqlı faktlar və arxiv materialları nümayiş etdirilib.
Təqdimat səmimi müzakirələr və fikir mübadiləsi ilə yadda qalıb.
Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən “Avromed Company” MMC Azərbaycanda əczaçılıq sektorunun inkişafına töhfə verən aparıcı distribüter şirkətlərdən biridir. Şirkət dünyanın 40-dan çox ölkəsindən 200-dən artıq tədarükçü ilə əməkdaşlıq edir və ölkə üzrə aptek, klinika və xəstəxanaları fasiləsiz olaraq sağlamlıq məhsulları ilə təmin edir. Avromed müasir logistika şəbəkəsi və keyfiyyətli məhsulları ilə bazarda etibarlı lider kimi tanınır.
Roza Şəfiyeva
-
İdman12:02Gey olduğunu etiraf edən Şumaxer evləndi - Toydan FOTOLAR
-
Rəsmi xronika11:16Zəngəzur dəhlizi mütləq inşa ediləcək
-
Elm və təhsil10:54İyunda görünəcək nadir mənzərə: Əvvəlcə Venera ilə Yupiter yaxınlaşacaq, sonra...
-
ABŞ09:44Ağ Ev şiələrin nəzarəti altındadır - Obamaya haker hücumu
-
Sosial09:26Birinci siniflər üzrə son statistika: 4 gün qaldı
-
Magazin207:3055 yaşlı teleaparıcı alt paltarında belə rəqs etdi - VİDEO
-
Dünya03:13Həyatı bahasına cadugər xanımını qəzəbli izdihamdan qorudu
-
Səhiyyə02:42Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı


































