Dünya
Nemtsov: “Putin iflasa uğradığını etiraf etməlidir”
“Rublun iflası və Rusiya iqtisadiyyatının yaşadığı problemlər Krımın zəbt edilməsi və Ukraynaya qarşı müharibənin birbaşa nəticəsidir”.
Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Rusiya müxalifətçisi Boris Nemtsov “Facebook” səhifəsində yazıb.
Rusiya müxalifətçisi hesab edir ki, Rusiya prezidenti Vladimir Putin vəziyyəti dəyişdirmək üçün səhvlərini və peşman olduğunu etiraf etməlidir.
“Xalq baş nazir Dmitri Medvedev və Rusiya Mərkəzi Bankının başçısı Elvira Nabiullinanın istefası haqqında danışır. Yaxşı, onları çıxartdılar, nə dəyişəcək? Heç nə. Hökumət və Mərkəzi Bank ölkədə siyasəti müəyyən etmir. Onlar Putinin iradəsinin icraçılarıdır. Krımı tut deyir, tuturlar, Ukrayna ilə vuruş deyirlər, vuruşurlar, ərzaq idxalını qadağan et deyir, edirlər”, - Nemtsov bütün problemlərin başında Putinin dayandığını bildirib.
Rusiya müxalifətçisi hesab edir ki, maliyyə iflası Putinin ağılsız və təcavüzkar siyasətinin birbaşa nəticəsidir: “Cənab Putin öz fəaliyyətinin iflasa uğradığını etiraf etməyə hazırdırmı? O, səhvləri etiraf etməyə hazırdırmı? Avropa və Amerika ilə qarşıdurmadan yayınmağa hazırdırmı? Əlbəttə, xeyr”, - B.Nemtsov yazıb.
Ömər Dağlı
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı