Dünya
Nobel namizədinin kitabı Azərbaycanda
Çağdaş Şimali Kipr türk ədəbiyyatının məşhur şairi Osman Türkayın şeirləri Azərbaycan türkçəsinə uyğunlaşdırılaraq nəşr olunub.
Bu barədə Publika.Az-a Milli Elmlər Akademiyası (AMEA) Ziya
Bünyadov adına Şərqşünaslıq İnstitutunun mətbuat xidmətindən
məlumat verilib.
İki dəfə Nobel mükafatına namizəd göstərilən, «Kosmos əsri şairi»
epitetli Osman Türkay (1927-2001) türk və ingilis dillərində bir
çox kitabların, tənqidi məqalələrin müəllifidir.
Şeirləri 30-dan çox dilə, o cümlədən rus, yapon, ərəb, özbək, çin,
Hind, isveç, italyan, tatar və s. dillərə tərcümə olunan Osman
Türkaydan indiyədək Azərbaycan oxucularının xəbərsiz qalması
təəssüf doğururdu.
Bu boşluğu aradan qaldırmaq məqsədi ilə Osman Türkay yaradıcılığını
2001-ci ildən bəri tədqiq edən və “Osman Türkayın poetik irsi” adlı
kitabın müəllifi olan Elmira Fikrətqızı indi oxuculara şairin
şeirlərinin Azərbaycan dilinə uyğunlaşdırılmasını təqdim edir.
Kitabda öncə Elmira Məmmədovanın ön sözü və kitabın redaktoru,
Şimali Kipr Türk Cümhuriyyətindəki Lefke Avropa Universitetinin
doktoru Nazim Muradovun təqdim yazısı verilir. Kitabda Osman
Türkayın «Dünyamızın portreti - 1990» poeması, “Ömrümün
dağlarında”, “Asiyanın sızlayan ruhu”, “Ayla dərdləşmə”, “Ay üçün
rekviyem” və digər şeirləri oxuculara çatdırılır.
Rüfət Əhmədzadə
Publika.Az
-
Hadisə16:13"Makedon" vəfat etdi
-
Yaxın Şərq15:55İsrail ordusu indi də Suriyaya girdi
-
MDB14:28Ukrayna son sutkada 1400-ə yaxın hərbçi itirib? - Şok iddia
-
Magazin214:20Trampın qızı qəribə geyimi ilə gündəm oldu - FOTO
-
Magazin214:0249 yaşlı Şakiranın yeni imici - FOTO
-
Enerji13:53İşğalda olan şəhərdə böhran - Benzin talonla alınacaq
-
İqtisadi gündəm12:24Yağışlar məhsuldarlığa mənfi təsir edib? - Bazarlarda meyvələrin qiyməti(VİDEO)
-
Yaxın Şərq11:53İsrail ordusu bu tarixi məkanı ələ keçirdi



































