Dünya
İrandan ABŞ-a cavab: Danışıqlar gündəmdə deyil
ABŞ prezidenti Donald Trampın nüvə danışıqlarının bərpa ediləcəyi ilə bağlı bəyanatlarına baxmayaraq, İranın ABŞ-la danışıqlar aparmaq planı yoxdur.
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
O, Tehranda Xarici İşlər Nazirliyinin binasında təşkil edilən mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmini dəyərləndirib. Bəqayi İran və Avropa arasında nüvə müzakirələrinin iyulun 25-də İstanbulda keçiriləcəyini xatırladıb. Qeyd edib ki, danışıqlarda sanksiyaların ləğvi və İranın sülhməramlı nüvə proqramı ilə bağlı məsələlər müzakirə olunacaq.
O, Trampın İrana hücumlardan sonra kəsilən nüvə müzakirələrinin yenidən başlayacağı ilə bağlı açıqlamalarına təzad təşkil edən fikirlər səsləndirib: "Avropalılarla danışıqlar elan edilib, lakin ABŞ ilə görüş planımız yoxdur".
Nazir həmçinin İran, Rusiya və Çin arasında nüvə məsələsi ilə bağlı danışıqların davam etdiyinə diqqət çəkib:
"Rusiya və Çin nüvə sazişinin tərəfləridir və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında istənilən prosesdə rol oynaya bilərlər. Sabah Tehranda Rusiya və Çinlə Xarici İşlər Nazirliyinin baş direktorları səviyyəsində üçtərəfli məsləhətləşmələr keçirəcəyik".
Roza
-
Dünya03:43İlber Ortaylının vəsiyyəti ortaya çıxdı
-
Dünya03:19Müharibədə ilk yaşandı: Bəhreyndən İrana ballistik raket atıldı
-
Qoroskop01:40Günün ulduz falı: Sevgidə gizli hisslər üzə çıxa bilər
-
Hadisə13 Mart 23:55Tibb bacısı dedi ki, ciyər kababı al gətir... - Doğuşdan sonra ölən Röyanın qohumları danışdı
-
Elm və təhsil13 Mart 22:06Buraxılış imtahanı sualları ilə bağlı şikayətlərə DİM sədrindən cavab
-
ABŞ13 Mart 20:48Müharibəni sümüklərimdə hiss etdiyim zaman... - Trampdan anons
-
Hadisə13 Mart 20:00Bakıda bu ərazidə yanğın baş verdi - Yeniləndi
-
İnanc13 Mart 19:50Ramazan ayının iyirmi dördüncü günü: İmsak və iftar vaxtı, günün duası















.png)


















