Dəhşətli dərəcədə yaxındır - ABŞ-dan İran xəbərdarlığı
Bizi izləyin

Dünya

Dəhşətli dərəcədə yaxındır - ABŞ-dan İran xəbərdarlığı

Dəhşətli dərəcədə yaxındır - ABŞ-dan İran xəbərdarlığı

İran nüvə silahının yaradılmasına dəhşətli dərəcədə yaxındır.

Publika.az xəbər verir ki, bunu ABŞ-ın energetika naziri Kris Rayt Senatın Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İranın uran ehtiyatlarının bir hissəsi 60 faiz, böyük hissəsi isə 20 faiz səviyyəsinə qədər zənginləşdirilib.

Rayt vurğulayıb ki, təxminən 90 faiz zənginləşdirmə səviyyəsi nüvə silahı üçün uyğun sayılır:

“İranın təxminən bir ton uranı silah səviyyəsinə qədər zənginləşdirməsi üçün cəmi bir neçə həftə kifayət edə bilər. Zənginləşdirmədən sonra hələ silahlanma mərhələsi qalır, ancaq Tehran həmin mərhələyə də çox yaxın vəziyyətdədir”.

Nazir İranın nüvə proqramının tam dayandırılmasını və gələcəkdə zənginləşdirmənin qarşısının alınmasını “müdrik strategiya” adlandırıb.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm