Trampın Pekin görüşlərindən ilk siqnal: İlon Mask “çox yaxşı nəticələr” açıqladı
Bizi izləyin

Dünya

Trampın Pekin görüşlərindən ilk siqnal: İlon Mask “çox yaxşı nəticələr” açıqladı

Trampın Pekin görüşlərindən ilk siqnal: İlon Mask “çox yaxşı nəticələr” açıqladı

ABŞ-ın Çinlə apardığı danışıqlar müsbət atmosferdə davam edir. “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask Pekində keçirilən ABŞ-Çin görüşlərinin artıq yaxşı nəticələr verdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Mayın 14-də Pekindəki Xalq Yığıncaqları Evində Çin lideri Si Cinpin ilə ABŞ prezidenti Donald Tramp arasında rəsmi danışıqlar keçirilib. Təxminən iki saat davam edən görüşdə Tramp Çinə dünyanın ən böyük biznes nümayəndələri ilə gəldiyini və əsas məqsədin ticarət əlaqələrini genişləndirmək olduğunu vurğulayıb.

Görüşlərin nəticələri barədə suala cavab verən İlon Mask “Möhtəşəm... Çox yaxşı nəticələr var” deməklə kifayətlənib.

ABŞ nümayəndə heyətində yer alan digər iş adamları da danışıqları yüksək qiymətləndiriblər. Tim Kuk jurnalistlərin sualına baş barmaqlarını yuxarı qaldıraraq cavab verib.

“Görüşlər çox yaxşı keçdi. Cənab Si və prezident Tramp möhtəşəm idilər”, - deyə Censen Huanq bildirib.

Xatırladaq ki, Tramp Pekinə səfərindən əvvəl Çin rəhbərliyindən ABŞ şirkətləri üçün bazarın daha da açılmasını istəyəcəyini açıqlamışdı. Birləşmiş Ştatlar prezidentini səfərdə müşayiət edənlər arasında Censen Huanq, İlon Mask, Tim Kuk, Kelli Ortberq, Devid Solomon və Larri Fink də yer alıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm