Dünya
Rus qadın Çini buna görə “vəhşi yer” adlandırdı - FOTOLAR

Dünyanı gəzən rus turist qadın Çini “vəhşi yer” kimi təsvir edib.
Publika.az xəbər verir ki, o, bununla bağlı fikirlərini "Zen" platformasındakı "Valerie Light" adlı şəxsi bloqunda paylaşıb.
Məlumatda qeyd olunur ki, səyahət bloqçusu Pekində ictimai tualetlərin eyni vaxtda düz 60 santimetr tualet kağızı buraxan üz tanıma skanerləri ilə təchiz olunduğunu bildirib. Sistem eyni zamanda hər bir insanın neçə rulondan istifadə edə biləcəyinə məhdudiyyət qoyur. Bu sərt tədbirlər Çində hamamlardan tualet kağızının geniş şəkildə oğurlanması səbəbindən tətbiq edilib.
"İndi tualet kağızı oğurlamaq texniki cəhətdən qeyri-mümkün hala gəlib, buna baxmayaraq tualetə hər giriş məlumat bazasında qeyd olunur", - deyə turist bildirib.
Çində rusiyalı səyahətçiləri təəccübləndirəcək digər rəqəmsal sistem sosial kredit sistemidir. Bu Asiya ölkəsinin hər bir vətəndaşı doğulanda 1000 bal alır, daha sonra qanunu pozduğuna və ya spirtli içki almasına görə itirir və ictimai faydalı işlərə görə bonuslar alır. Kredit balı aşağı olan insanlara “sosial etibardan məhrum olanlar” deyilir. Bundan əlavə, asiyalılar üçün cərimələr vahid mesajlaşma proqramı "WeChat"a göndərilir.
Qeyd olunur ki, çinlilər iş vaxtından çox işləyir, çünki evə vaxtında gedən işçi tənbəl sayılır. Bu səbəbdən Çində gündüz yuxuları adi haldır.
"Nahar fasilələri zamanı ofislər yataqxanaya çevrilir: bəziləri stulunda, bəziləri stolunun altında, bəziləri dəhlizdə karton üzərində yatır", - deyə bloqer əlavə edib.
Adəm





-
Sosial15:56
Gələn il pensiyalar nə qədər artacaq?
-
Region15:23
Ermənistan MTX rəhbəri Bakıda forumda iştirak edəcək
-
Nida Xəbər 14:56
Firad Əliyev vəzifəsindən azad olundu
-
İdman14:24
Bu üç model Messini "yoldan çıxarmaq" istədi - VİDEO
-
Sosial13:30
Bakıda və bölgələrdə leysan yağacaq - PROQNOZ
-
Nida Xəbər 12:30
Əli Əsədov qərar imzaladı
-
Sosial12:20
Bu şəxslər təhsillərini bitirən zaman 2600 manat müavinət alacaqlar - QƏRAR
-
İdman11:50
Bütün dünya Bakıdakı bu pişikdən danışır - FOTOLAR