Dünya
Ərdoğan çağırış etdi, qalmaqal yarandı: “Türk xalqı buna inanmayacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT kürsüsündən çıxış edərək Kiprdə federasiya modelinin artıq başa çatdığını, problemin yalnız “iki dövlətli həll” yolu ilə aradan qaldırıla biləcəyini bəyan edib. O, beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) tanımağa çağırıb.
Publika.az xəbər verir ki, “Hürriyet”in məlumatına görə, Ərdoğanın bu açıqlaması 19 oktyabrda ŞKTC-də keçiriləcək prezident seçkiləri ərəfəsində siyasi gündəmi qarışdırıb.
Bəyanat hazırkı prezident və “iki dövlətli həll” tərəfdarı olan Ersin Tatara açıq dəstək kimi qiymətləndirilib. Ərdoğanın çıxışından sonra Tatar açıqlama yayaraq Türkiyə prezidentinə təşəkkür edib və rəqibi, müxalifət lideri Tufan Erhürmanı sərt tənqid edib: “Türk xalqı Kipr Rumları ilə federasiya ritorikasını təkrarlayanlara heç vaxt inanmayacaq”.
Seçkilərdə əsas mübarizə məhz Tatar ilə federasiya tərəfdarı Erhürman arasında gedir. Erhürman isə seçildiyi halda Türkiyəni federasiya ideyasına razı salacağını açıqlayıb.
Məlumata görə, Tatar sabah BMT baş katibi Antonio Quterreşlə təkbətək, şənbə günü isə Cənubi Kipr lideri Nikos Kristodulideslə üçtərəfli görüş keçirəcək.
Roza

-
Magazin111:48
“TikTok”er Mahirəyə həbs CƏZASI: Tələbə qızları 200-500 manata...
-
Sosial11:10
Bu ərazidə yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR
-
Sosial10:34
Adnan Əhmədzadənin bu ölkədə 67 milyonluq dəbdəbəli mənzili aşkarlandı - FOTO
-
Nida Xəbər 09:54
Leyla Əliyeva Nyu-Yorkdan FOTO paylaşdı
-
Region09:46
Ermənistana getmək istəyən rusiyalı blogeri Gürcüstana buraxmadılar
-
Nəqliyyat08:37
14 yolda tıxac var - SİYAHI
-
Ekopublika.az05:15
İranda dolların məzənnəsi rekord həddə yüksəldi
-
Magazin203:18
Dünya şöhrətli memarın olduğu təyyarə partladı