Sosial
Onlara yeni vəzifə verildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə bir sıra kadr dəyişiklikləri həyata keçirilib.
Publika.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bir müddət əvvəl Agentliyin Şərqi Zəngəzur regional bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri vəzifəsinə isə şöbə müdirinin müavini İlkin Kərimov təyinat alıb.
Həmin şöbənin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Hüsniyyə Həsənova təyin olunub.
H.Həsənova uzun illər televiziya sahəsində fəaliyyət göstərib. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də İnformasiya Proqramları redaksiyasının baş redaktoru vəzifəsində çalışıb. 2021-2025 illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" da baş direktorun katibliyində PR və KSM layihələr icra edib.

-
Nida Xəbər 16:42
İlham Əliyev və xanımı rəsmi qəbulda iştirak etdi
-
Sosial15:20
Onlara yeni vəzifə verildi
-
İdman14:00
"Neftçi" ulduz futbolçu ilə anlaşa biləcək? - DETALLAR BƏLLİ OLDU
-
Nida Xəbər 13:50
Aeroportda yeni taksi qiymətləri: Ombudsman narazıdır!
-
Kriminal13:10
İlhamə Elşadqızına hökm oxundu
-
Nida Xəbər 12:03
Əli Əsədov qərar imzaladı
-
MDB11:14
Məhkəmədən qaçan Qarabağ separatçısı Ermənistan konsulluğunda öldü - DETALLAR
-
İdman10:30
Həbs olunan Adnan Əhmədzadənin "Messi piarı": Neçə milyon xərcləmişdi?