Dünya
Lukaşenko anti-Putin hökuməti qurdu
Belarus prezidenti Aleksandr Lukaşenko Nazirlər Kabinetində kadr islahatları aparıb.
Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Prezident Administrasiyasının rəhbəri Andrey Kobyakov baş nazir təyin edilib.
O, Mixail Myasnikoviçi əvəz edib. Pavel Kallaur Milli Bankın İdarə Heyətinin sədri təyin edilib. Aleksandr Kosines isə Prezident Administrasiyasının başçısı olub.
Bundan sonra Mixail Juravkov təhsil naziri, Sergey Nalivayko vergilər naziri, Vitali Vovka sənaye naziri, Vladimir Zinovski isə iqtisadiyyat naziri vəzifələrini icra edəcək.
Qeyd edək ki, son vaxtlar Belarus və Rusiya arasında gərginlik yaşanır. Gərginliyin səbəbi isə Belarusun bir çox məhsullarının Rusiya bazarına ixracına Moskvanın tətbiq etdiyi məhdudiyyətlərdir. Rusiyanın bu qərarından sonra Lukaşenko hökumətə Belarus məhsullarına yeni bazarlar axtarmaq barədə tapşırıq verib. Hökumətdəki kadr islahatların da Minskin “yeni bazarlar” siyasəti ilə bağlı olduğu güman edilir.
Ömər Dağlı
-
İdman10:45
"Qarabağ"da toy var: Futbolçusu Qurban Qurbanovla qohum olur - FOTO
-
Hadisə10:05
Azərbaycanda zəlzələ oldu
-
İdman09:36
Messinin Antonellası yarımçıq qalan arzusundan danışdı: Görün kimlər üçün darıxır - FOTOLAR
-
Dünya09:18
İranda neft emalı zavodunda güclü yanğın: Ölən və yaralananlar var - VİDEO
-
Səhiyyə09:00
Həkimdən birləşməyən sınığın təhlükələri barədə XƏBƏRDARLQ
-
ABŞ08:12
İlon Mask plagiatda ittiham olundu
-
Avropa08:00
Görücü Vanqanın 2025-ci il üçün tükürpərdən PROQNOZLARI
-
İdman06:16
Məhkəmədə cavab verəcək - Cinsi təcavüzdə ittiham edilir