Madaqaskarda etirazlar: Prezident hökumətin buraxıldığını elan etdi
Bizi izləyin

Dünya

Madaqaskarda etirazlar: Prezident hökumətin buraxıldığını elan etdi

Madaqaskar Prezidenti Andri Radzuelina ölkədəki etirazlar fonunda hökuməti buraxıb.

Publika.az xəbər verir ki, ölkə başçısı bununla bağlı xalqa müraciətində bildirib.

O, ölkədə idarəetmə sistemini hərtərəfli nəzərdən keçirəcəyini və islahatlar aparacağını qeyd edib.

Radzuelina üç gündən sonra yeni baş nazir təyin edəcək.

Qeyd edək ki, sentyabrın 25-də Madaqaskarda elektrik enerjisinin və suyun kəsilməsinə qarşı nümayişlər başlayıb və iğtişaşlara çevrilib. Nəticədə 22 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm