Netanyahu hədələdi: HƏMAS sülh planını rədd edərsə...
Bizi izləyin

Dünya

Netanyahu hədələdi: HƏMAS sülh planını rədd edərsə...

HƏMAS ABŞ lideri Donald Trampın təklif etdiyi Qəzza sülh planının şərtlərini rədd edərsə və ya həyata keçirə bilməsə, İsrailin özü bu işi bitirəcək.

Publika.az xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu Vaşinqtonda Trampla birgə keçirdikləri mətbuat konfransında söyləyib.

"İsrail hərbi məqsədlərinə çatmalıdır. Çünki ölkə bu dəhşətli mübarizəni aparıb, gənclərimizin ən yaxşılarını qurban verib. Məhz HƏMAS Qəzzada qalmasın deyə", - Netanyahu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm