Dünya
Belarus hökumətinə yeni təyinatlar olub
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko
Nazirlər Kabinetinin və Milli Bankın yeni rəhbərlərini təyin
edib.
Hökumətin başçısı Mixail Myasnikovu əvəzləyən Aleksandr
Lukaşenko daha əvvəl Prezident Administrasiyasının başçısı işləyən
Andrey Kobyakov yeni Baş nazir təyin edib. A.Kobyakov
iqtisadiyyatın davamlı inkişafının təmin olunmasını və əhalinin
həyat səviyyəsinin yüksəldilməsini hökumətin başlıca vəzifəsi
sayır.
Pavel Kallaur isə Milli Bankın idarə heyətinin yeni sədridir. Onun
sözlərinə görə, valyuta bazarında sabitliyin saxlanılması,
valyuta-mübadilə əməliyyatlarının təmin edilməsi istiqamətində
tədbirlər görmək təxirəsalınmaz məsələdir.
Bir neçə əsas nazirliyin rəhbərləri də dəyişdirilib. Belə ki,
Vladimir Zinovski iqtisadiyyat naziri, Vitali Vovk sənaye naziri,
Mixail Juravkov təhsil naziri, Sergey Nalivayko vergilər və rüsum
naziri təyin olunublar.
A.Lukaşenko hökumətdə və iri sənaye müəssisələrində digər
təyinatlar da həyata keçirib. Minsk avtomobil zavoduna, “Belşina”
ASC-yə, Minsk motor zavoduna və “Bobruyskaqromaş”a yeni direktorlar
təyin edilib.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi