Dünya
Ukrayna ilə müharibə alınmadı: Putin ikinci planın icrasına başlayır
Hazırda Ukraynada yaşayan rusiyalı jurnalist Yevgeni Kiselyov Rusiya prezidenti Vladimir Putinin hərəkətlərini proqnozlaşdırıb.
Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, jurnalist hesab edir ki, hakimiyyəti möhkəmləndirmək və əvvəlki reytinqini qaytarmaq üçün Putinin iki sadə planı var.
“Birinci plan kiçik müharibə təşkil etmək və qalib gəlməkdir. İkincisi isə sui-qəsdi ifşa etməkdir. Putinin ilk dəfə prezident seçkilərində qələbə qazanması üçün İkinci Çeçen Müharibəsi başlamışdı. İkinci müddətə seçilməsi üçün zərərli oliqarxların xəyali sui-qəsdini ifşa etdilər. 2012-ci ildə isə Rusiya müxalifətçiləri ilə sui-qəsdə görə mübarizəyə başlandı və ortaya “Bataqlıq işi” çıxdı. Reytinq az olduğu üçün bu il Ukraynaya hücum etməyə qərar verdilər. Amma müharibə böyük alındı və tamamilə qalib gəlmək mümkün olmadı. Krım atəşsiz alındı, Ukraynanın şərqində isə istənilən olmadı”, - rusiyalı jurnalist yazıb.
Onun sözlərinə görə, kiçik müharibə ilə tam qələbə qazanılmadığı üçün sui-qəsdi ifşa etməyin və “xalq düşmənləri” ilə mübarizənin yeni kampaniyasına başlamağın əsl vaxtdır. Yevgeni Kiselyov qeyd edir ki, reytinqini yüksəltmək istəyən Putin Rusiyasında “sui-qəsdlər”in ifşası və repressiyaları müşahidə etmək olar. Onun fikrincə, Rusiyada hər şeyə hazır olmaq lazımdır.
İki gün əvvəl Rusiya müxalifətçisi Boris Nemtsov bildirib ki, Rusiya yeni hərbi doktrinanın qəbulundan sonra post-sovet ölkələrə, həmçinin Belarus və Qazaxıstana hücum edə bilər.
Ömər Dağlı
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi