Dünya
Rusiyada bu şəxslər hərbi xidmət keçə bilməzlər
Rusiya prezidenti Vladimir Putin Silahlı qüvvələrdə hərbi xidmət keçən xarici vətəndaşlarla bağlı fərman imzalayıb.
AzVision.az-ın məlumatına görə, fərman müqavilə əsasında Rusiya
Ordusundakı xarici vətəndaşların hərbi xidmət keçməsi vəziyyətini
müəyyən edir.
Fərmana əsasən, haqqında ittiham hökmü çıxardılmış, dindirmə və
ya ilkin istintaq aparılan, cinayət işi məhkəməyə verilmiş,
azadlıqdan məhrum edilmiş xarici vətəndaşlara müqavilə bağlayaraq
hərbi xidmət keçmək qadağan edilir.
Xarici vətəndaş olan hərbi qulluqçular hərbi xidməti dünyada
qəbul edilmiş prinsiplərə və beynəlxalq hüququn normalarına, Rusiya
Federasiyasının beynəlxalq müqavilələrinə və Rusiya Federasiyasının
qanunvericiliyinə uyğun olaraq münaqişələr şəraitində məsələlərin
icrasında iştirak edəcəklər.
Vladimir Putininin digər bir fərmanı isə Krımda və Sevastopolda yaşayan Rusiya Federasiyası vətəndaşlarına da şamil eidlir. Belə ki, Putinin qərarına görə, RF vətəndaşlarının Ukraynada hərbi xidmət keçməsi haqqında sənədləri tanınacaq.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri