Dünya
Tramp İsrail prezidentinə çağırış etdi: Netanyahunu əfv edin
ABŞ prezidenti Donald Tramp İsrail prezidenti İsaak Hersoqdan Baş nazir Benyamin Netanyahuya qarşı korrupsiya işi ilə bağlı tam əfv verilməsini rəsmi şəkildə istəyib.
Publika.az xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.
Tramp Baş nazirə qarşı açılan işi “siyasi motivli və əsassız” adlandırıb: “Onu əfv etmək və bu vəziyyətə birdəfəlik son qoymaqla İsraili birləşdirməsinə icazə verməyin vaxtıdır”.
Öz növbəsində, Hersoq qeyd edib ki, əfv almaq istəyən hər kəs mövcud qaydalara uyğun olaraq ərizə verməlidir.
Tramp ilk dəfə bu məsələni oktyabrın 13-də, Knessetdə (İsrail parlamenti) çıxışı zamanı qaldırıb. O, səhvən Netanyahunu prezident adlandıraraq deyib: “Mənim bir fikrim var, niyə Netanyahunu əfv etmirsiniz? O, müharibə dövrünün ən böyük prezidentlərindən biridir”.
Knesset üzvləri Trampın çıxışına qışqırıq və alqışlarla reaksiya veriblər. Amerika lideri bildirib ki, bu hissə əvvəlcədən hazırlanmayıb və təklifinin olduqca mübahisəli olduğunu etiraf edib.
Adəm
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...
-
Nida Xəbər 10:33Leyla Əliyevadan Rasim Balayevlə bağlı paylaşım - FOTO
-
Maraq dünyası09:54BÜRCLƏR üçün aprel ayının ən uğurlu və uğursuz günləri
-
Dünya09:36İrandan Hörmüzlə bağlı vacib açıqlama: 47 illik qonaqpərvərlik başa çatdı
-
Avropa07:47Milyarder bu universitetə 190 milyon funt-sterlinq ianə edəcək

















.jpg)
.webp)



















