Trampın "məxfi plan"ında Türkiyə və Qətər izi: Zelenski Ankaraya buna görə gedibmiş
Bizi izləyin

Dünya

Trampın "məxfi plan"ında Türkiyə və Qətər izi: Zelenski Ankaraya buna görə gedibmiş

"Axios" xəbər portalının ABŞ və Ukrayna rəsmilərinə istinadən verdiyi məlumata görə, Tramp administrasiyası Ukrayna ilə Rusiya arasındakı müharibəyə son qoymaq üçün 28 maddəlik plan hazırlayıb.

Publika.az xəbər verir ki, Trampın planında ABŞ və digər ölkələrin Krımı və Donbası Rusiya ərazisi kimi qanuni olaraq tanıyacağı, lakin Ukraynadan belə bir tələbin edilməyəcəyi bildirilir.

Bir mənbənin iddiasına görə, Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerova Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar aparmaq səlahiyyəti verilib. Həmçinin, Umerovun bir çox şərhləri də 28 maddəlik planın mətninə daxil edilib.

Lakin Ukrayna rəsmisi iddia edib ki, Umerov görüş zamanı planın şərtlərini qəbul etməyib və Ukrayna bir neçə bəndə etiraz edib.

ABŞ rəsmisi isə Tramp administrasiyasının planında müəyyən Ukrayna ərazilərinin Moskvaya verilməsini nəzərdə tutduğunu irəli sürüb. O, bu vəziyyətin şərti olduğunu qeyd edərək, bunun Rusiyanın Ukrayna və Avropaya gələcək mümkün hücumuna qarşı ABŞ-a təhlükəsizlik zəmanəti verməsi müqabilində ola biləcəyini iddia edib.

Türkiyə və Qətərin Trampın planına töhfəsi

Mənbələr iddia edir ki, ötən həftə sonu Uitkoff və Umerov arasında danışıqlarda yüksək vəzifəli Qətər rəsmisi iştirak edib. Qətər və Türkiyə Trampın yeni planının hazırlanmasında və ABŞ-ın vasitəçilik səylərinin dəstəklənməsində rol oynayıb.

Mənbələrə görə, Qətər və Türkiyənin vasitəçiliyi Qəzzadakı müharibənin bitməsinə kömək edib və bu təşəbbüslər Ukraynada da eyni nəticənin olmasına töhfə verə bilər.

Zelenski başqa bir plan hazırlayır

ABŞ rəsmisi Uitkoffun Ankarada Zelenski ilə görüşməyi planlaşdırdığını iddia edib. Lakin Zelenskinin Umerovla əldə edilən razılaşmalardan geri çəkildiyi və Tramp planını müzakirə etmək istəmədiyi məlum olduqda, görüş təxirə salınıb.

Rəsminin sözlərinə görə, Zelenski bunun əvəzinə Ankaraya Avropadakı rəsmilərlə birlikdə hazırlanmış və Rusiyanın qəbul etməyəcəyi fərqli bir planla gedib.

Lakin digər Ukrayna rəsmisi Zelenskinin planı daha geniş miqyasda, o cümlədən Avropa ölkələri ilə müzakirə etmək istəməsi səbəbindən görüşün təxirə salındığını iddia edib.

ABŞ rəsmisi isə qeyd edib ki, Zelenski istəsə, yeni ABŞ planını müzakirə etmək üçün Vaşinqtona gedə bilər və artıq top onun əlindədir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm