Xandanyan İstanbulda bu xəbəri sevinclə elan etdi: Azərbaycan və Ermənistan...
Bizi izləyin

Nida Xəbər

Xandanyan İstanbulda bu xəbəri sevinclə elan etdi: Azərbaycan və Ermənistan...

Ermənistan Respublikası Milli Assambleyasının ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri və Milli Məclisin Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan ATƏT PA-nın 23-cü payız sessiyasının İstanbulda keçirilən “Perspektivləri birləşdirən: qeyri-müəyyənlik dövründə dialoq, vasitəçilik və etimadın gücləndirilməsi” adlı iclasda çıxış edib.

Publika.az xəbər verir ki, Xandanyan çıxışında Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin yaxın vaxtlarda nəticəsinin olacağını deyib.

“Əvvəla, İstanbulda bizi qəbul etdiklərinə görə Türkiyə nümayəndə heyətinə təşəkkür etmək və 23-cü payız sessiyasının gözəl təşkilinə görə onları təbrik etmək istəyirəm.

Hörmətli həmkarlar! Əvvəlki sessiyalarımızda biz ümid və ehtiyatlı nikbinliyi ifadə etmişdik ki, Ermənistan və Azərbaycan sülhə nail olmaq ərəfəsindədir. Bu gün bu Parlament Assambleyasının tarixində ilk dəfə olaraq Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğunu elan etmək şərəfinə və sevincinə nail oldum.

Avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi sülh bəyannaməsi hər iki ölkənin sülh prosesini irəlilətmək və nəhayət, münaqişə ilə bağlı fəsli bağlamaq üçün möhkəm və nəzərəçarpacaq öhdəlikdir. Biz ABŞ-ın və bugünkü müzakirəmizin mövzusunu həqiqətən reallığa çevirən prezident Trampın rəhbərliyinin mühüm rolunu yüksək qiymətləndiririk.

Vaşinqton Bəyannaməsi suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət əsasında əməkdaşlığın və münasibətlərin inkişafının yeni dövrü üçün möhkəm zəmin yaradır.

Bu, həmçinin bütün qalan məsələlərin həllinə, o cümlədən ölkələrimiz arasında Vaşinqton Sammiti zamanı paraflanmış Sülh Sazişinin imzalanması və ratifikasiyasına doğru irəliləmək üçün əsas rolunu oynayır.

Regional kommunikasiyaların açılması ilə bağlı müzakirələrimiz indi Ermənistanın “Dünyanın kəsişməsi” təşəbbüsü çərçivəsində TRIPP marşrutunun həyata keçirilməsi üzrə addımlar da daxil olmaqla, praktiki xarakter daşıyıb. Bu marşrut təkcə Cənubi Qafqaz regionuna deyil, həm də Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək qlobal əhəmiyyətə malik olacaq.

Qarşılıqlı inam yaratmaq üçün qarşıdakı yol səbir və qayğı tələb edir. Etibarın möhkəmləndirilməsində əsas addım Ermənistan və Azərbaycanın birgə müraciəti əsasında ATƏT-in Minsk prosesinin və əlaqədar strukturların ləğvi oldu.

Nəhayət, burada, Türkiyədə olarkən, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesinin də tezliklə müsbət nəticələr verəcəyinə dair nikbinliyimi ifadə etməyə bilmərəm. Davam edən konstruktiv və fəal siyasi dialoq ümid yaradır ki, bu dialoq tezliklə münasibətlərimizin institutlaşmasına, sərhədlərin açılmasına və daha geniş əməkdaşlığa çevriləcək", - Ermənistan nümayəndə heyətinin rəhbəri bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm