Sosial
“Caspian International”ın vəzifəli şəxslərinin pulunu oğurladığı həkim Aytən Səfərova imiş
“Caspian International” Hospitalın bir qrup vəzifəli şəxsinin həkimlərdən birinin bank hesabına köçürülmüş vəsaiti oğurlaması barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, Teleqraf cinayət işinin yeni təfərrüatlarını əldə edib.
Məlumata görə, xəstəxananın vəzifəli şəxsləri işdən çıxmış həkimin əmək haqqısının köçürüldüyü bank kartını ondan xəbərsiz bloklatdıraraq yenisini sifariş ediblər. Daha sonra həmin yeni kart vasitəsilə həkimin hesabındakı 11 min manat məbləğində pulu ələ keçiriblər.
Əldə etdiyimiz məlumata görə, kartından pul oğurlanan şəxs tanınmış mama-ginekoloq Aytən Səfərovadır. Aytən Səfərova “Caspian International” Hospitaldakı işindən ötən ilin dekabr ayında ayrılıb. Aytən Səfərova işdən ayrıldıqdan sonra onun kartına 11 min manat köçürülüb. Bir müddət sonra Aytən Səfərova kartında olan vəsaiti nağdlaşdırmaq istəyib. Lakin məlum olub ki, onun kart hesabı bloklanıb. Sifariş verilən yeni kartdan ona məxsus vəsait nağdalaşdırılıb.
Faktla bağlı cinayət işi başlanıb, hadisə üzrə araşdırma aparılır.
-
Səhiyyə12:15İşsizlərə şad xəbər: Pulsuz istifadə edəcəklər
-
İdman12:00Qol sevinci Aktürkoğlunun başına bəla oldu: Məhkəməyə verdilər
-
Nida Xəbər 11:06Mirzoyan Fidana cavab verdi: Ermənistanla Türkiyə arasında münasibətlər Azərbaycanla...
-
İdman10:42Ağ Evə gedən Corcina tənqid edildi: Hələ də belə geyinən xanımlar var - FOTO
-
Nida Xəbər 10:36Baş nazir daha bir qərar imzaladı
-
ABŞ09:42Moskva və Kiyev çətin güzəştlərə getməlidir: ABŞ "məxfi plan"dan danışdı
-
Dünya09:00Yerə yaxınlaşan "3I/ATLAS" təhlükəlidir? - NASA-dan açıqlama
-
Magazin207:35Yaşlandıqca daha seksual oluram - "Titanik"in ulduzu













.jpg)






















