Bu ölkə müharibəyə hazırlaşır - 10 min əsgər göndərəcək
Bizi izləyin

Dünya

Bu ölkə müharibəyə hazırlaşır - 10 min əsgər göndərəcək

Polşa vacib infrastrukturu qorumaq və Rusiya kəşfiyyatı ilə əlaqəli olduğu bildirilən təxribat cəhdlərinə cavab məqsədilə "Horyzont" (Üfüq) əməliyyatı həyata keçirəcək.

Publika.az xəbər verir ki, bu barədə "TVP World" məlumat yayıb.

Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamışın sözlərinə görə, sözügedən əməliyyat, həmçinin ictimai təhlükəsizliyi artırmaq məqsədi daşıyır.

Əməliyyat çərçivəsində 10 min əsgər yerləşdiriləcək və çoxlu dövlət qurumları da burada iştirak edəcək.

Bununla yanaşı, Polşanın Baş naziri Donald Tusk, Ukrayna prezidenti Volodimir Zelenski ilə iki ölkənin xüsusi xidmət orqanları və dövlət dəmir yolları arasında əməkdaşlıq formaları barədə razılığa gəldiklərini bildirib. Onun sözlərinə görə, burada məqsəd Rusiya ilə əməkdaşlıqda şübhəli bilinən şəxsləri müəyyən etmək və təxribat hərəkətlərinin qarşısını almaqdır.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm