İdman
Qol sevinci Aktürkoğlunun başına bəla oldu: Məhkəməyə verdilər
"Fənərbağça"nın futbolçusu Kərəm Aktürkoğlu qol sevincinə görə müəllif iddiası ilə üzləşib.
Publika.az xəbər verir ki, "Warner Bros" şirkəti “Harry Potter” film seriyasının hüquqlarına sahib olaraq, futbolçunun qollarından sonra etdiyi "Harry Potter" mövzulu sevinci səbəb göstərərək məhkəməyə müraciət edib.
Şirkət ərizəsində “Harry Potter”, “Hogwarts”, “Gryffindor” kimi ifadələrin Türkiyədə Patent və Marka Qurumunda qeydiyyatdan keçdiyini xatırladıb. Qeyd olunub ki, bu markalar yalnız kitab və filmlərlə məhdudlaşmır, dünya üzrə tanınmış və yüksək kommersiya dəyərinə malikdir. Ərizədə markaların qeydiyyat məlumatları cədvəl şəklində məhkəməyə təqdim olunub və futbolçunun paylaşımlarında bu markalara açıq şəkildə istinad etdiyi vurğulanıb.

Məhkəməyə təqdim olunan sənədlərdə futbolçunun sosial media paylaşımlarında “Harry Potter” film seriyasının ikonik musiqisi olan "Hedwig's Theme"-dən istifadə etdiyi bildirilib. Həmçinin paylaşımlarda “Harry Potter” xarakterinə bənzər animasiya fiqurları, "Hogwarts" loqosu, film səhnələrini xatırladan dekorlar və kostyumların yer aldığı qeyd olunub. "Warner Bros" bütün bu elementlərin icazəsiz istifadə olunduğunu, bunun həm müəllif hüququ, həm də marka hüququ pozuntusu olduğunu iddia edib.

Şirkət qeyd edib ki, bu hallar Əqli və Sənaye Mülkiyyəti Qanunu çərçivəsində əsərin müəllifinin maddi və mənəvi hüquqlarını pozur və eyni zamanda Türkiyə Ticarət Qanununa görə haqsız rəqabət yaradır.
"Sabah" qəzetinin xəbərinə görə, "Warner Bros" məhkəmədən futbolçunun "İnstagram"dakı müvafiq videosu və "X" paylaşımlarının ekspert tərəfindən incələnməsini tələb edib. Ərizədə həmçinin, bu incələmənin futbolçuya xəbərdarlıq edilmədən həyata keçirilməsinin lazım olduğu da göstərilib.
Heybət
-
Qoroskop13:00Plansız yaşamayan 5 bürc - Sürprizləri əsla sevmirlər
-
Səhiyyə12:15İşsizlərə şad xəbər: Pulsuz istifadə edəcəklər
-
İdman12:00Qol sevinci Aktürkoğlunun başına bəla oldu: Məhkəməyə verdilər
-
Nida Xəbər 11:06Mirzoyan Fidana cavab verdi: Ermənistanla Türkiyə arasında münasibətlər Azərbaycanla...
-
İdman10:42Ağ Evə gedən Corcina tənqid edildi: Hələ də belə geyinən xanımlar var - FOTO
-
Nida Xəbər 10:36Baş nazir daha bir qərar imzaladı
-
ABŞ09:42Moskva və Kiyev çətin güzəştlərə getməlidir: ABŞ "məxfi plan"dan danışdı
-
Dünya09:00Yerə yaxınlaşan "3I/ATLAS" təhlükəlidir? - NASA-dan açıqlama








.jpg)









.jpg)









.png)









