Səhiyyə
İşsizlərə şad xəbər: Pulsuz istifadə edəcəklər - VİDEO
Milli Məclisdə icbari tibbi sığorta ilə bağlı qanuna dəyişikliklər qəbul edilib.
Publika.az xəbər verir ki, yeni qaydalara əsasən, rəsmi əmək müqaviləsi olmadan işləyən və gəlir əldə edən şəxslər aylıq təxminən 16 manat məbləğində sığorta haqqı ödəməlidirlər. Bu ödənişi gecikdirən şəxslərə isə 10 faiz əlavə cərimə tətbiq olunacaq.
Dəyişikliklər yalnız qeyri-formal məşğulluqla məşğul olan şəxslərə aid edilir. Kənd təsərrüfatı sahəsində çalışan, ustalıq edən, fərdi xidmət göstərən, lakin fəaliyyətini rəsmi şəkildə rəsmiləşdirməyən şəxslər bu kateqoriyaya daxil edilir.
Ən önəmlisi isə odur ki, rəsmi olaraq işsiz kimi qeydiyyatda olan və sosial yardım alan şəxslərin icbari tibbi sığorta haqqını, əvvəlki kimi, dövlət ödəyəcək. Bu şəxslərin heç bir ödəniş etməsinə ehtiyac olmayacaq.
Yeni mexanizmin məqsədi tibbi xidmətlərə bərabər çıxışı təmin etmək və qeyri-rəsmi məşğulluğun qarşısını almaqdır.
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO































.jpg)




