Dünya
NATO rəsmən açıqladı: Rusiya daha aqressiv CAVAB ALACAQ
NATO Rusiyanın kiberhücumlarına, təxribatlarına və hava məkanını pozmasına "daha aqressiv" cavab verməyi nəzərdən keçirir.
Publika.az "Financial Times"a istinadən xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqon deyib.
Bildirib ki, Qərb hərbi alyansı Moskvanın hibrid müharibəsinə cavab tədbirlərini gücləndirməyi düşünür.
"Biz hər şeyi öyrənirik. Kiberməkanda reaksiya veririk. Daha aqressiv və ya təşəbbüskar olmağı düşünürük", - deyə Draqon vurğulayıb.
Xatırladır ki, bəzi diplomatlar, xüsusən də Şərqi Avropa ölkələrindən olan diplomatlar NATO-nu reaktiv tədbirlərdən kənara çıxmağa və proaktiv tədbirlərə keçməyə çağırıblar.
Qeyd edirlir ki, kiberhücumlar zamanı proaktiv tədbirlər daha məqsədəuyğundur, burada bir çox ölkələrin cavab vermək imkanı var.
Draqon "qabaqlayıcı zərbə"nin "müdafiə hərəkəti" sayıla biləcəyini deyib və etiraf edib ki, problemlərdən biri NATO və onun üzvlərinin "etikaya, qanunvericiliyə, yurisdiksiyaya görə rəqiblərdən qat-qat daha çox məhdudiyyətlərə malik olmasıdır. Bu problemdir. Mən bunun məğlub mövqe olduğunu söyləmək istəmirəm, lakin bu, rəqiblərimizdən daha çətin mövqedir."
Draqonun fikrincə, ən vacibi gələcək təcavüzün qarşısını almaqdır.
Adəm
-
MDB15:40Yeni Buça dəhşəti - 37 ölü, 42 yaralı var(YENİLƏNDİ)
-
İdman15:32Bakıda leysan yağacaq, bölgələrdə dolu düşəcək - XƏBƏRDARLIQ
-
Sağlamlıq15:14Xərçəng hüceyrələrinə ciddi təsir edən bitki növü tapıldı
-
Magazin214:55Ağır xəstə olan Selin Dion iki ildən sonra pərəstişkarları ilə görüşdü - FOTOLAR
-
MDB13:20Putinin müşaviri: "Avropa qlobal periferiyaya çevriləcək!"
-
Ekologiya12:39Sabah bu ərazilərə yağış yağacaq - HAVA PROQNOZU
-
İdman10:22Günün oyunları - AFİŞA
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı

















.jpg)











.jpg)

.jpg)