İdman
Leao “Qalatasaray”da
“Qalatasaray” Portuqaliya millisinin sol cinah oyunçusu Rafael Leaonun transferi ilə bağlı rəsmi açıqlama yayıb.
Publika.az xəbər verir ki, sarı-qırmızılı klubun açıqlamasında bildirilib:
“Peşəkar futbolçu Rafael Aleksandr Da Konseysao Leao transferi ilə bağlı futbolçu və onun klubu “Milan” ilə rəsmi danışıqlara başlanılıb”.
Qeyd edək ki, Rafael Leao 10 iyun 1999-cu ildə Portuqaliyanın Almada şəhərində anadan olub. Futbola “Sportinq”in akademiyasında başlayan hücumçu 2018-ci ildə əsas komandada debüt edib. Həmin il Fransanın “Lill” klubuna keçən Leao burada bir mövsüm keçirib və 26 oyunda 8 qol vurub.
2019-cu ildə təxminən 35 milyon avro qarşılığında “Milan”a transfer olunan portuqaliyalı futbolçu klubun əsas simalarından birinə çevrilib. 2021/22 mövsümündə “Milan”la İtaliya çempionu olub və A Seriyasının ən yaxşı futbolçusu seçilib. 2022/23 mövsümündə isə 48 matçda 16 qol və 12 məhsuldar ötürmə ilə karyerasının ən məhsuldar mövsümlərindən birini keçirib.
2026-cı ilin iyununa qədər “Milan”da 291 oyuna çıxaraq 80 qol və 65 assist edən Leao klub tarixinin önəmli futbolçularından birinə çevrilib. O, həmçinin 2025-ci ildə Portuqaliya ilə UEFA Millətlər Liqasının qalibi olub.
-
Nida Xəbər 12:33Azərbaycan və İordaniya arasında viza rejimi aradan qaldırılır
-
Nida Xəbər 12:18Deputat ailələr üçün tələb irəli sürdü: Mənzil, bağça, təhsil və...
-
Yaxın Şərq11:06Dubaydan Təl-Əvivə uçan təyyarə qaçırıldı - Göyərtədə 100-dən çox İsrail vətəndaşı var
-
Yaxın Şərq10:18Qüds ermənisi haray çəkdi: Biz tualet deyilik, dayanın
-
Rəsmi xronika09:40İlham Əliyev sərgi iştirakçılarına müraciət ünvanladı
-
Sosial09:30Bakının bu ərazisində evlər söküləcək - VİDEO
-
ABŞ09:00ABŞ nüvə sualtı qayığı ilə bağlı yeni qərar verdi
-
Avropa08:36Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək





































