Nəqliyyat
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Azərbaycana daha çox turist cəlb etmək və hava nəqliyyatında əlçatanlığı artırmaq məqsədilə ölkəyə aşağıbüdcəli aviaşirkətlərin gətirilməsi planlaşdırılır. Bu məsələ Prezidentin təsdiqlədiyi 2026-2030-cu illər üçün Turizmin İnkişafı üzrə Dövlət Proqramında da əksini tapıb. Eyni zamanda, Dövlət Turizm Agentliyinin son açıqlamasında da məsələyə diqqət çəkilib.
Azərbaycanda aviabiletlərin qiymətləri nə vaxt ucuzlaşa bilər? Aşağıbüdcəli aviaşirkətlər Azərbaycanda nə zamandan fəaliyyətə başlayacaq? Türkiyə, Rusiya, Dubay, Çexiya kimi ən çox uçuş həyata keçirilən istiqamətlər üzrə biletlərin qiymətləri təxminən nə qədər olacaq?
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a turizm üzrə ekspert Əziz Şiriyev danışıb. O deyib ki, hazırda Prezidentin imzaladığı Dövlət Proqramı çərçivəsində digər aşağıbüdcəli aviaşirkətlərin də ölkəmizə cəlb edilməsi əsas prioritetlərdən biridir:
“Quru sərhədlərinin bağlı olması və aviaşirkətlərdə qiymətlərin nisbətən yüksək olması Azərbaycana gələn turistlərin, əsasən yüksək gəlirli kateqoriyadan formalaşmasına səbəb olur. Halbuki dünyada aşağı, orta və yüksək büdcəli turistlər də daxil olmaqla müxtəlif kateqoriyalar mövcuddur. Azərbaycana turist axınını kütləviləşdirmək üçün, xüsusilə quru sərhədlərinin bağlı olduğu indiki şəraitdə, hava nəqliyyatı imkanları genişləndirilməli və daha münasib qiymətə uçuşların sayı artırılmalıdır”.
Ekspert bildirib ki, oktyabrın 10-dan etibarən Slovakiyadan Azərbaycana “Wizz Air” aviaşirkəti ilə birbaşa uçuşların başlayacağı gözlənilir:
“Wizz Air” Macarıstana məxsus aşağıbüdcəli aviaşirkətdir. Slovakiyanın əhalisi təxminən 5 milyon nəfər olsa da, ölkənin Avropanın mərkəzində yerləşməsi bu marşrut vasitəsilə digər Avropa ölkələrindən də turistlərin Azərbaycana cəlb olunmasına imkan yaradır. Eyni zamanda, Azərbaycan vətəndaşlarının Avropaya daha münasib qiymətlərlə səfər etməsi mümkün olacaq. Biletlərin gediş-dönüş üçün təxminən 100-150 dollar civarında olması daha geniş turist kütləsinin səyahət imkanlarını artıracaq. Gələcəkdə digər ölkələrlə də bu cür aviareyslərin təşkilinin genişləndirilməsi gözlənilir. Aşağıbüdcəli aviaşirkətlərin sayının artması, şübhəsiz ki, Azərbaycana gələn turistlərin sayına müsbət təsir göstərəcək. Yaxın gələcəkdə quru sərhədlərinin, xüsusilə Gürcüstan istiqamətində keçidlərin bərpası, həmçinin Naxçıvan-Sədərək istiqamətində Zəngəzur dəhlizinin açılması baş verərsə, ölkəyə turist axınını daha da artırmaq üçün əlavə imkanlar yaranacaq. Eyni zamanda, bu prosesdən sonra aviabiletlərin qiymətlərinin ucuzlaşması da mümkündür”.
-
Digər09:27Leninə iş kəsdilər - Sabiq prezident rüşvət alıbmış
-
Nida Xəbər 08:15Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
-
Elm və təhsil07:35Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar: Üstünlükləri nədir? - Video
-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Region28 Avqust 22:46Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılır
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü






















.jpg)


.jpg)









.jpg)

.jpg)