Ukrayna orduya 200 min nəfər səfərbər edəcək
Bizi izləyin

Dünya

Ukrayna orduya 200 min nəfər səfərbər edəcək

Ukraynada 2015-ci ildə dördüncü, beşinci və altıncı səfərbərlik dalğalarının həyata keçirilməsi planlaşdırılır.

Publika.az-ın “unina.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna hərbi prokuroru Anatoli Matios bildirib.

Onun sözlərinə görə, ümumilikdə il ərzində Ukrayna ordusunun sıralarına 200 min nəfərin səfərbər edilməsi planlaşdırılır.

“Artıq sizə deyə bilərəm ki, ordu sıralarına 100 min insanın cəlb edilməsi səfərbərliyin dördüncü dalğasında nəzərdə tutulub. Beşinci və altıncı səfərbərlik dalğalarının hər birində isə 50 min nəfər orduya cəlb ediləcək”, - Matios deyib.

Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksandr Turçinov bildirib ki, 2015-ci ildə səfərbərlik üç mərhələdə həyata keçiriləcək və yanvar ayından avqustda qədər davam edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm