Dünya
Polis Akademiyasında partlayış: 30 ölü, 50 yaralı (YENİLƏNİB)
Polis akademiyasında 30 nəfərin ölümü, 50 nəfərin isə ağır yaralanması ilə nəticələnən qanlı olay qeydə alınıb.
Publika.az Türkiyə mediasına istinadən məlumat verir ki, Yəmənin paytaxtı Sanada polis akademiyasına hücum təşkil edilib.
Aparılmış araşdırmalar zamanı bəlli olub ki, partlayıcı maddələrlə
dolu olan avtomobil yüksək yüksətlə polis akademiyasına doğru
hərəkət edib və nəticədə güclü partlayış baş verib. Yəmən polisi
bunun «Əl-Qaidə» terror təşkilatının əməli olduğunu bəyan
edib.
Partlayış o qədər güclü olub ki, onun səsi Sana şəhərinin hər
yerindən eşidilib. Hadisədən dərhal sonra olay yerinə gələn təcili
yardım əməkdaşları orqanları ətrafa səpələnmiş polisləri gördükdə
şoka düşüblər. Hadisə şahidlərinin sözlərinə görə, partlayışdan
sonra akademiyanın ətrafı qana boyanıb.
Yəmən Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayışdan sonra 30 polis əməkdaşı həlak olub, 50 nəfər isə ağır bədən xəsarətləri alıb. Bildirilir ki, yaralılardan bir çoxunun vəziyyəti kritikdir. Odur ki, ölülərin sayının artacağı ehtimal olunur.
Qeyd edək ki, partlayış nəticəsində akademiyanın yaxınlığında olan
nəqliyyat vasitələri də yararsız hala
düşüb.
Hələlik heç bir terror təşkilatı baş vermiş olaya görə məsuliyyəti
öz üzərinə götürməsə də, Yəmən Daxili İşlər Nazirliyi əsas şübhəli
kimi «Əl-Qaidə»ni göstərir: «Yəmən ordusu bölgəni «Əl-Qaidə»dən
təmizləmək üçün ABŞ ordusu ilə birgə əməliyyatlar təşkil edir.
Ehtimal olunur ki, məhz bu, terror qruplaşmasını ciddi şəkildə
narahat etdiyindən «Əl-Qaidə» polis akademiyasını partlatmaq
qərarına gəlib».
Faktla bağlı araşdırmalar davam edir.
Vazeh
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu